Azgeoexploration
Azgeoexploration uzun illərdir neft və qaz sənayesində etibarlı və dəqiq geofiziki xidmətlər təqdim edərək müxtəlif beynəlxalq layihələrdə uğurla fəaliyyət göstərir.
2017-ci ildə təsis edilən, Azgeoexploration neft-qaz sənayesi üçün kompleks yataq idarəetmə həlləri təqdim edən Azərbaycan mənşəli geoloji və geofiziki xidmət şirkətidir. Şirkətimiz geoloji, geofiziki və petrofiziki xidmətlər sahəsində fəaliyyət göstərərək kəşfiyyat, qazma, hasilatın optimallaşdırılması və yataqların idarə olunması layihələrinə dəstək verir.
Azgeoexploration müasir texnologiyalar və beynəlxalq standartlar əsasında yeraltı layların qiymətləndirilməsi xidmətlərini həyata keçirir. Şirkət açıq quyu lüləsində və qoruyucu kəmərli quyularda karotaj xidmətləri, real vaxt rejimində geoloji monitorinq, layların qiymətləndirilməsi, mudlogging xidməti və quyu bütövlüyünün qiymətləndirilməsi kimi xidmətlər göstərir.
Komandamız sahə təcrübəsini elmi və mühəndislik bilikləri ilə birləşdirərək sifarişçilərə yataqların daha düzgün analiz olunması, hasilat göstəricilərinin artırılması, əməliyyat risklərinin azaldılması və texniki qərarların daha dəqiq verilməsi istiqamətində dəstək olur. Biz hər bir layihənin xüsusiyyətlərinə uyğun etibarlı məlumat toplama, interpretasiya və texniki məsləhət xidmətləri təqdim edirik.
Məqsədimiz neft və qaz sənayesində innovativ və etibarlı geofiziki xidmətlər təqdim edərək əməliyyatların təhlükəsizliyini, məhsuldarlığını və səmərəliliyini artıran aparıcı şirkətlərdən biri olmaqdır.
Vizionumuz müasir geofiziki texnologiyalar və peşəkar mühəndislik həlləri ilə beynəlxalq enerji layihələrində etibarlı tərəfdaş olaraq tanınmaqdır.
Şirkətimiz geofiziki xidmətlər, mud logging, karotaj, perforasiya, quyuların test edilməsi, PNN texnologiyası və reservuar analizləri daxil olmaqla neft-qaz sənayesi üçün geniş texniki həllər təqdim edir.
PNN texnologiyası qoruyucu kəmər arxasında su doyması, məsaməli, rezervuar dinamikası və qalıq hidrokarbon ehtiyatlarının qiymətləndirilməsi üçün istifadə olunur.
Şirkətimiz əsasən Azərbaycan bazarında fəaliyyət göstərməklə yanaşı Gürcüstan, Dubay və beynəlxalq neft layihələri üzrə tərəfdaşlarla əməkdaşlıq edir.
Dəqiq geofiziki məlumatlar qazma risklərini azaltmağa, reservuarın daha düzgün qiymətləndirilməsinə və hasilat səmərəliliyinin artırılmasına kömək edir.
Bəli. Müasir avadanlıqlarımız və təcrübəli mühəndis komandamız aşağı duzluluq, aşağı məsaməli və mürəkkəb reservuar şəraitlərində effektiv həllər təqdim edir.